Abbas: “Tək mən deyil, 100dən çox sərnişin olub”


Şou-biznes 07 Yan 2019 10:45:00 513 0

Abbas: “Tək mən deyil, 100dən çox sərnişin olub”

Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə Bakı-Gəncə sürət qatarında yaranan nasazlıq barədə açıqlama yayıb

.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, VİP vaqondan foto paylaşaraq qatarın tez bir zamanda yola düşdüyünü qeyd edib. Abbas bildirib ki, bunu böyük bir problem hesab etmir:

"Əziz dostlar, Bakıya sağ-salamat gəlib çatmışam. Xəbər başlıqları yazanda bir az diqqətli olaq, çünki məndən başqa qatarda 100-dən çox sərnişin olub. Narahat olmayın, qatar 7 saat yox, 7 dəqiqə ləngidi və bu, böyük bir problem deyil. Öz avtomobilimizdə belə uzaq yol gedərkən müəyyən ləngimələr olur. Əsas sağlıq olsun, böyük problemlər olmasın".