Azərbaycanda velosiped zolaqları və duracaqları yaradılacaq


Digərləri 07 Yan 2019 07:48:00 213 0

Azərbaycanda velosiped zolaqları və duracaqları yaradılacaq

Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Sənəddə bildirilir ki, 2019-2023-cü illərdə avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən ediləcək, bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər görüləcək.