Azərbaycanda velosiped zolaqları və duracaqları yaradılacaq


Digərləri 07 Yan 2019 07:45:00 225 0

Azərbaycanda velosiped zolaqları və duracaqları yaradılacaq

Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq.

Bakı. Elçin Mehdiyev - Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir. Sənəddə bildirilir ki, 2019-2023-cü illərdə avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən ediləcək, bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər görüləcək.