Ermənistan ordusunun qeyridöyüş şəraitində 7 hərbçisi ölüb


Dünya 07 Yan 2019 04:30:00 206 0

Ermənistan ordusunun qeyridöyüş şəraitində 7 hərbçisi ölüb

Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ötən ilin dekabr ayı ərzində qeyri-döyüş şəraitində düşmən ordusunun 7 hərbçisi həlak olub.

Hərbi qulluqçu Qor Sarkisyan naməlum şəraitdə aldığı güllə yarasından, Hayk Karamyan isə qar uçqunu nəticəsində ölüb. Eyni zamanda, yol-nəqliyyat qəzası nəticəsində 3 hərbçi də ölüb.

Dekabr ayında Ermənistan ordusunda ən qalmaqallı hadisə isə "Gümrü" aerodromunda təlim uçuşları yerinə yetirən Su-25 təyyarəsinin qəzaya uğramasıdır. Hadisə nəticəsində döyüş təyyarəsinin ekipaj üzvləri polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan həlak olublar.