Gündüz yuxusu təhlükəli xəstəliyin nişanəsidir


Digərləri 06 Yan 2019 23:10:00 243 0

Gündüz yuxusu təhlükəli xəstəliyin nişanəsidir

Gündüz vaxtı yuxulu olan insanlar Alzqeymer xəstəliyinə daha meyilli olurlar. Son.az faktxeber.com-a istinadən bildirir ki, Vaşinqton Universitetinin  tibbi işçiləri bu qənaətə gəliblər.

Araşdırmada orta hesabla 66 yaşlarında olan 189 nəfər iştirak edib. Alimlər  fitnes trekerlərin yardımı ilə iki həftə ərzində onların  bioloji fəallığını izləyiblər. Bundan əlavə, beta-amilodların (Alzqeymer xəstəliyini yaradan peptidlər) müəyyənləşdirmək üçün  maqnit rezonans tomoqrafiyanın  köməyi ilə  baş beyinin  şəkilləri çəkilib.

Alimlər müəyyən ediblər ki, beynin işini pozan amiloid lövhəli insanlar gecə pis yatır və gündüz yuxulu olurlar.