Qobustanda bir ailənin iki gəlini


Digərləri 06 Yan 2019 20:16:00 209 0

Qobustanda bir ailənin iki gəlini

Qobustanda bir ailənin iki gəlini dəm qazından boğulub.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Ərəbqədim kəndində baş verib.

Kənd sakinləri 1987-ci il təvəllüdlü Xəlilova Vüsalə Musaxan qızı və eltisi, 1993-cü il təvəllüdlü Xəlilova Azadə Ələkbər qızı hamamda olarkən dəm qazından zəhərlənib. Qəfil huşunu itirən qadınlar yerə yıxılıblar. Onlar bu vəziyyətdə ailə üzvləri tərəfindən tez aşkarlanıb və Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Hər iki qadının həyatını xilas etmək mümkün olub. Onlara tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki şəxsin vəziyyəti orta ağır kimi qiymətləndirilir.