Stavropolda qəzaya düşən Azərbaycan vətəndaşlarının


Digərləri 06 Yan 2019 20:04:00 239 0

Stavropolda qəzaya düşən Azərbaycan vətəndaşlarının

Rusiyanın Stavropol diyarında qəzaya düşən Azərbaycan vətəndaşlarının həyatları üçün təhlükə yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin diyar üzrə nümayəndəsi deyib.

"Hal-hazırda xəstəxanada üç böyük və bir uşaq var. Onların müxtəlif sınıqları var, əməliyyata ehtiyyac yoxdur, həyatları üçün bir təhlükə yoxdur", - deyə nümayəndə bildirib.

Qeyd edək ki, bu gün Stavropolda 13 Azərbaycan vətəndaşını daşıyan mikroavtobus qəzaya uğrayıb.