Gürcüstanda daha bir nəfər qripdən ölüb


Dünya 06 Yan 2019 20:09:00 226 0

Gürcüstanda daha bir nəfər qripdən ölüb

Gürcüstanın Zuqdidi şəhər xəstəxanasında 24 yaşlı gənc qripdən ölüb.

Son.az "Report"a istinadən bildirir ki, pasiyent Zuqdidi xəstəxanasına Mestia şəhərindən yanvarın 1-də çatdırılıb.

Gəncdə həftə ərzində qızdırma və kəskin tənəffüs çatışmazlığı müşahidə olunub.

Xəstəxanada həmin şəxsə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Bundan başqa onda digər xəstəliklərin də olduğu müəyyən olunub. O, bir neçə gün süni tənəffüs aparatına qoşulmuş halda olub.