Gözəllik müsabiqəsinin qalibi ilə evlənmiş kral taxtını tərk etdi FOTO


Dünya 06 Yan 2019 17:40:00 192 0

Gözəllik müsabiqəsinin qalibi ilə evlənmiş kral taxtını tərk etdi  FOTO

Malayziya kralı Sultan V Məhəmməd taxtını tərk edib.

Son.az bildirir ki, "Qafqazinfo"nun "Hurriyet"ə istinadən xəbərinə görə, bu barədə Mili Sarayın mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, kral yanvarın 6-dan etibarən Federal Konstitusiyanın 32 (3.) maddəsinə əsasən ölkənin 15-ci kralı olaraq istefa verib.

Xatırladaq ki, Sultan V Məhəmmədin vəzifəsindən getdiyinə dair iddialar KİV-də geniş işıqlandırılıb.