Varlılar da “ağlayırlar”:


Dünya 06 Yan 2019 15:00:00 239 0

Varlılar da “ağlayırlar”:

Dünyanın ən varlı biznesmenlərinin varidatları 2018-ci ildə 511 milyard dollar azalıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin məlumatında deyilir.

Agentliyin analitikləri tərəfindən tərtib olunan "Bloomberg Billionaires Index"inə görə dünyanın ən böyük 500 sahibkarının ümumi kapitalları 4,7 trilyon dollara qədər geriləyib.

İqtisadçı təhlilçilərin dəyərləndirmələrinə görə, "Amazon"un sahibi Ceff Bezos bir ildə 53 milyard dollar itirib. Keçən ilin əvvəlinə qədər onun ümumi sərvəti 168 milyard dollar qiymətləndirilirdisə, hazırda bu rəqəm 115 milyard dollar təşkil edir.

Bütövlükdə "Bloomberg" agentliyinin ilk beşyüzlüyündə yer alan 173 amerikalı milyarder öz sərməyələrinin 5,9%-dən məhrum olublar. Onların birlikdə sərvəti təxminən 1,9 trilyon dollar təşkil edir.