Şinzo Abe Yaponiya ilə Rusiya arasında sülh müqaviləsindən danışdı


Dünya 06 Yan 2019 14:46:00 250 0

Şinzo Abe Yaponiya ilə Rusiya arasında sülh müqaviləsindən danışdı

Yaponiyanın Rusiya ilə sülh müqaviləsi imzalaması Asiya-Sakit okean regionunda təhlükəsizliyə müsbət təsir göstərməklə yanaşı, Tokionun təhlükəsizliklə bağlı müqaviləyə malik olduğu ABŞ üçün də faydalı ola bilər.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Yaponiyanın Baş naziri Şinzo Abe bunu yanvarın 6-da NHK telekanalının efirində bəyan edib.

"Yaponiya ilə ABŞ arasında təhlükəsizlik barədə müqavilə Yaponiyanın beynəlxalq təhlükəsizliyi üçün əsas zəmanət rolunu oynayır. Yaponiya və Rusiya arasında sülh müqaviləsinin imzalanması isə regional sabitliyə müsbət təsir göstərə bilər. Fikrimcə, bu, ABŞ üçün də müsbət hal olar", - Baş nazir bildirib.