Dəniz Çakır haqda istintaq başladı


Dünya 06 Yan 2019 11:04:00 476 0

Dəniz Çakır haqda istintaq başladı

Aktrisa Dəniz Çakırın getdiyi bir kafedə hicablı qadınları təhqir etdiyi haqda iddialar yayılıb. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa həmin an sərxoş olub. Çakır yanındakı stolda oturan 6 hicablı qadına "Bura Ərəbistandır? Nə gəzirsiniz burada" sözlərini deyib.  Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama verib. Lakin artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb.