Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb


Dünya 06 Yan 2019 10:38:00 403 0

Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb

Ötən sutka ərzində Suriyaya 997 qaçqın qayıdıb.

Son.az Trend-ə istinadən bildirir ki, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqəsindən 448 qaçqın, İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 549 qaçqın öz ölkəsinə qayıdıb.

Ölkə daxilində daimi yaşayış yerlərinə sutka ərzində 166 Suriya vətəndaşı qayıdıb.