Kişi qadının xarici görünüşünə qarışırsa...


Digərləri 05 Yan 2019 22:50:00 232 0

Kişi qadının xarici görünüşünə qarışırsa...

Bir kişinin nə zaman yetkinləşməsi barədə düşünmüsünüz heç? Qəribədir, bəzi insanlar 15, bəziləri 30 yaşında yetkinləşir, bəziləri isə 40 yaşında belə, özünü uşaq kimi aparır. Araşdırmalardan biri isə yetkin kişini digərlərindən fərqləndirən davranışları müəyyənləşdirib.

Yetkin kişi xarici görünüşünüzü tənqid etməz

"Saçlarını niyə boyamısan?", "Kaş, bir az arıq olardın". Sizi həqiqətən də sevən bir kişi xarici görünüşünüzlə bağlı əsla müzakirə aparmaz. Bir kişi bu cür cümlələri hətta sizə məsləhət vermək üçün də işlətməz və sizi müzakirə edəcək qədər öz səviyyəsini aşağı salmaz.

Şəxsi həyatınıza qarışmaz

Münasibətləriniz sağlamdırsa, bir-birinizdən heç bir şey gizləmək məcburiyyətində deyilsiniz. Telefonunuzdakı şəxslərin və ya mesajların gizli saxlanması lazım deyil. Ancaq bu, tərəf müqabilinizin ciblərinizə, telefonunuza baxmaq, qarışdırmaq, şəxsi mesajlarınızı oxumağa haqqı olduğu mənasını vermir. Bunları edən kişi ya özündən şübhə edir, ya da sizə hörmət etmir.

Çətinliklərdən qaçmaz

Yetkinlik dövründə hər kəsin çətinlikləri və problemləri özünün həll etdiyi vaxtlar olur. Lakin yetkin kişi hər hansı şəxsi, ailəvi və ya işlə əlaqədar problemlə üzləşdiyini bəyan etməz və özü həll yolu tapar.