Infinitidən elektrik mühərrikli sportkar FOTO


Digərləri 05 Yan 2019 22:30:00 433 0

Infinitidən elektrik mühərrikli sportkar  FOTO

Yaponiyanın Infiniti şirkəti Pebbl-Biçdə Prototype 10 konseptini təqdim etdi. Sportkar təkcə mühəndislərin və stilistlərin işlərini deyil, brendin gələcəklə bağlı strategiyasını da nümayiş etdirir.

Dizaynerlər bildirirlər ki, Prototype 10 Infınıty markasının tam elektrikləşdirilməsinə bir işarədir. Hətta konseptin hazırlanma prosesi də brendin qlobal mahiyyətini vurğulayır: layihəni yaponlar Infınıty-nin baş stilisti Kərim Həbib ilə birgə işləyiblər, britaniyalılar onu rəqəmsallaşdırıblar, amerikalılar isə Kaliforniya dizayn-studiyasında onu istehsal ediblər. Konsept də Pebbl-Biçdə ənənəvi illik sərgidə təqdim edilib.

Son.az auto.a-a istinadən bildirir ki, stilistika nöqteyi-nəzərindən Prototype 10 yanvar ayında təqdim edilmiş prototip Q Inspiration-ın davamıdır. İstehsalçılar bildirirlər ki, konseptin banının təmiz, tikişsiz yuxarı hissə müşahidəçiyə gücün davamlı axınını xatırlatmalıdır. Xətlər isə ani sürətlənmə effekti yaradır ki, bu sürəti elektrik mühərriki təmin edəcək.


Xəbərə aid fotolar