Fransada 18 avtomobil toqquşub, 8 nəfər yaralanıb


Dünya 05 Yan 2019 19:53:00 252 0

Fransada 18 avtomobil toqquşub, 8 nəfər yaralanıb

Fransanın cənub-qərbində 18 avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər xəsarət alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xəsarət alanların 4-nün, o cümlədən 4 yaşlı uşağın vəziyyəti ağırdır.

Yol polisinin məlumatına əsasən, Jironda departamentində qeydə alının qəzaya yol örtüyünün buz bağlaması səbəb olub. Nəticədə 13 minik avtomobili və 5 yük maşını toqquşub.