Uşağa bal vermək olarmı?


Digərləri 05 Yan 2019 19:05:00 409 0

Uşağa bal vermək olarmı?

Bal - çox faydalı məhsuldur. Bu barədə yorulmadan alimlər, həkimlər daim təkrar edir. Lakin, balın uşaq üçün nə dərəcədə faydalı və ya zərərli olmasını bilmək, çox vacib məsələdir . Bu yazıda biz bu haqda ətraflı danışmağa çalışacayıq.

Uşaqlar üçün balın faydası?

Son.az anayam.az-a istinadən bildirir ki, balın uşaqlar üçün faydalı xassələri göz qabağındadır. Bu artıq illərdən bəri laboratoriya, tədqiqatlar və valideny təcrübəsi üzərində təsdiqlənib və aşağıdakı sıradadır:

Ümumi inkişaf. Uşağa fəal inkişaf etməyə kömək edir. Skletin möhkəmləndirilməsi. Onun sayəsində, balaca orqanizm maqneziumu, kalsiumu  daha yaxşı mənimsəyir. Onlar  sümüklərin və dişlərin inkişafında və düzgün formalaşmasında fəal iştirak edir. Bal, müasir məktəblilərin 75%-nin üzləşdiyi skoliozun profilaktikasında əla vasitədir. Qan tərkibinin yaxşılaşdırılması. Qanda olan, uşağın ümumi əhval-ruhiyyəsinə müsbət təsir göstərən, hemoqlobinin səviyyəsini artırır. Solğun, qansız, ləng uşaqlar üçün faydalıdır: onlara bütün gün üçün enerji və aktivlik bəxş edir. Anemiyanın sağalmasına kömək edir.  Həzmin yaxşılaşdırılması. Mədəyə düşən qidanın tez və keyfiyyətli mənimsəməsinə kömək edir. Zülalların, yağların fəal həll etməsini stimullaşdırır, onların bağırsaqda qalmasına imkan vermir. Ümumi gücləndirici vasitə. Balın tərkibində olan kifayət qədər olan karotin və askorbin turşusu balaca bədənə, infeksiyalarla mübarizə aparmağa kömək edir. Mütəmadi olaraq bal yeyən uşaqlar daha az xəstələnir və daha möhkəm immunitetə malikdirlər. Görmə qabiliyyətini yaxşılaşdırır. Eyni ilə karotin, askorbin turşusu və tiamin görmə qabiliyyətini artırır. Bu da erkən yaşda uşaqlara, gələcəkdə eynəyin qarşısını almaq üçün əla vasitədir. Dişlər üçün faydalıdır. Şəkərdən fərqli olaraq, diş minasını zədələmir. Lakin, nəzərə almaq lazımdır ki, fruktoza tərkibli olan bal, ağızda saxlanarsa, ağız selikli qişasının mikroflorasnı pozar və həmçini çürümə prosesinə təkan verə bilər. Ona görə də uşaqlara bal yedikdən sonra, ağız yaxalanmasını öyrətmək lazımdır.  Sidik-cinsiyyət sisteminin müalicəsi. Uşaqlar arasında geniş yayılan Enurez (sidik qaçırma) prosesinə müsbət təsir göstərir.  Sakitləşdirici vasitədir. Uşaq sinir sisteminə sakitləşdirici kimi təsir göstərir, tez yuxuya getməyə və dolğun yatmağa kömək edir. Bəlğəmgətirici vasitə. Aşağı və yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı, öskürək tutmalarını yumşaldır.

Belə təsir edici siyahıdan sonra isə bu sual qəribə səslənir: Uşaqlara bal vermək olarmı?

Əgər bu, uşaq orqanizmi üçün bu qədər faydalı məhsuldursa, onda niyə olmaz?!

Sən demə, hər şey belə də asan deyil.

Balın tərkibində çox aktiv, güclü təsir edici maddələr var. Bu maddələr hələ yenicə formalaşan və böyüyən orqanlara mənfi təsir edə bilər. Bu xoşagəlməz yan təsirlərə, faciəli nəticələrə və müxtəlif xəstəliklərin inkişafına gətirib çıxarır.

Uşaqların sağlamlığına zərər olmadan , hansı yaşda və miqdarda bal vermək olar?

Çox aktual məsələdir, çünki bir çox anaları düşündürən bu sual, həkim qəbulunda, şəbəkədə müxtəlif forumlarda daim təkrarlanır.  Əgər əvvəllər bizim nənələr uşaqlarının sağlamlağına görə  narahat olmadan bal verirdisə, indi bu barədə aşağıdakı faktlar üzərində düşünmək lazımdır.

1. Bal keyfiyyətli və təbii olmalıdır!