Aşiq olduğunuz adamı unutmaq üçün bunları edin


Digərləri 05 Yan 2019 19:10:00 231 0

Aşiq olduğunuz adamı unutmaq üçün bunları edin

Eşq dünyanın ən gözəl duyğusudur. Lakin bəzən sevdiyiniz şəxs sizə eyni hissləri verməyə bilər. Bu zaman insanın həyatı dözülməz olur. Özünüzü günahlandıra, ona əsəbiləşə bilərsiniz. Lakin bu cür davam edə bilməzsiniz. Ən yaxşısı onu unutmaqdır. Bəs necə?\

Aşiq olduğunuzu qəbul edin

İlk addım qəbul etməkdir. Bəli, aşiq oldunuz və o, sizə qarşı eyni hissləri keçirmədi. Çətin ola bilər, ancaq fərqi görəcəksiniz. Bunu ilanın zəhərini əmmək kimi düşünün. Yaranızın olduğunu qəbul edib müdaxilə etsəniz, daha tez sağalar.

Gerçəkləri qəbul edin

Aşiq olduğunuz adam evli ola bilər, düşündüyünüz qədər yaxşı biri olmaya və ya sizi istəməyə bilər. Sizin birlikdə ola bilməməyinizin səbəbi hər nədirsə, bunu qəbul edin və inad edib yerinizdə saymaq əvəzinə yolunuza davam edin.

Sizin şəxsiyyətinizlə əlaqəsi yoxdur

Birinin sizin sevginizə cavab verməməsi sizdə bir problem olması demək deyil. Siz aşiq olmazdan əvvəl kim idinizsə yenə osunuz. Səhv bir şey etməmisiniz. Siz duyğularınıza nəzarət edə bilmədiyiniz kimi, qarşınızdakı insan da edə bilməyə bilər. Olmursa olmur.

Əsəbiləşmək heç bir işə yaramaz