Güclü külək nəticəsində xəsarət alan vəzifəli şəxs öldü FOTO


Dünya 05 Yan 2019 16:23:00 424 0

Güclü külək nəticəsində xəsarət alan vəzifəli şəxs öldü  FOTO

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində ötən gün güclü küləyin binalardan birinin dam örtüyünü uçurması nəticəsində xəsarət alan şəxslərdən biri ölüb.

Son.az report-a istinadən bildirir ki, 53 yaşlı kişinin qapalı kəllə-beyin travması, döş qəfəsi nahiyəsindəki daxili orqanlarında çoxsaylı zədələri olub.

Həmin şəxs Batumi Meriyasının Xidmətlər İdarəsinin rəhbəri olub və xidməti vəzifəsini yerinə yetirərkən ciddi xəsarət alıb.

Xəsarət alan digər şəxs - 60 yaşlı kişi əməliyyat olunandan sonra Batumi Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini sabit ağır qiymətləndirirlər.


Xəbərə aid fotolar