Səfir: Hindistan energetika sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir (ÖZƏL)


Digərləri 05 Yan 2019 15:22:00 216 0

Səfir: Hindistan energetika sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir (ÖZƏL)

Hindistanın neft şirkətləri Azərbaycanın neft-qaz sektorunda fəaliyyətini genişləndirmək niyyətindədir

Bakı. Sara İsrafilbəyova - Hindistanın neft şirkətləri Azərbaycanın neft-qaz sektorunda fəaliyyətini genişləndirmək niyyətindədir. Bunu Trend-ə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib. Diplomat xatırladıb ki, Hindistanın iri neft-qaz şirkəti “Oil and Natural Gas Corporation” “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağında 2,31 faiz paya malikdir: “Hindistanın bu sektorda yaxşı potensialı var. Bizim şirkətlərimiz Azərbaycanın digər neft-qaz layihələrinin inkişafında iştirak etmək niyyətindədir”.