Qazaxlar ermənilərdən qisas almaq üçün “Bakı” kafesinə hücum etdilər VİDEO


Dünya 05 Yan 2019 14:21:00 483 0

Qazaxlar ermənilərdən qisas almaq üçün “Bakı” kafesinə hücum etdilər  VİDEO

Qazaxıstanın Karaqanda bölgəsinin Semey şəhərində bir qrup şəxs Yeni il şənliyi zamanı qətlə yetirilən gəncin qatilləri ilə hesab çəkmək üçün "Bakı" kafesinə hücum ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisəni maraqlı edən odur ki, gənc qazaxıstanlı ermənilərlə dava zamanı qətlə yetirilib, lakin yerli sakinlər "Bakı" kafesinin adından da bəlli olduğu kimi azərbaycanlılara məxsus olduğunun fərqinə varmayıblar (bəlkə də bilməyiblər). 

Qəzəblənmiş insanları restoranın üzərində asılmış və Ermənistan bayrağına bənzəməyən Azərbaycan bayrağı belə dayandıra bilməyib.

İnsidentin videosu sosial şəbəkələrdə yerləşdirilib.

Qeyd edək ki, Yeni il banketi zamanı restoranda bir neçə kişi arasında dava baş verib. Dava zamanı küçədə 23 yaşlı Karaqanda sakini aldığı bıçaq zərbələrindən ölüb.