"Ford" şirkəti öz tarixində ən çox avtomobili geri çağırır


Digərləri 05 Yan 2019 12:40:00 425 0

"Ford" şirkəti öz tarixində ən çox avtomobili geri çağırır

"Ford" şirkəti "Takata" hava təhlükəsizlik yastıqlarının dəyişdirilməsi məqsədilə bütün dünyada 953 min avtomobilini geri çağıracağını bəyan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin bəyanatına görə, "Takata" hava təhlükəsizlik yastıqlarının qəza olmayan normal şəraitdə partlaması və üzərindəki metal hissələri bütün salona yayması ehtimalı var. Bu, sərnişinlərin və sürücünün ağır xəsarət alması, hətta ölümü ilə nəticələnə bilər. Əsas problem sürücünün yanında oturan sərnişinin istifadəsi üçün nəzərdə tutulan təhlükəsizlik yastığındadır. Bu yastıq nasaz inflyatorla təchiz olunub. "Takata" hava yastıqlarının şişirdilməsi üçün kimyəvi ammonium nitratdan istifadə edir, lakin bu maddə istinin və rütubətin təsirindən korlana və partlayışın qarşısını almaq üçün nəzərdə tutulan metal kanistri parçalayan güclü partlamaya səbəb ola bilər.