BakıGəncə sürət qatarı yolda qaldı


Digərləri 05 Yan 2019 11:58:00 457 0

BakıGəncə sürət qatarı yolda qaldı

Bakı-Gəncə sürət qatarı yolda dayanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.

"Azərbaycan Dəmir Yolları İdarəsi"nin mətbuat katibi Sevinc Qədirova qafqazinfo-ya açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə baş verib. Bu səbəbdən qatarı Bakıya gətirmək üçün teplovoz göndərilib. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.

Qeyd edək ki, sözügedən qatarda əməkdar artist Abbas Bağırov da olub.