Ən populyar əməliyyat sistemi seçildi


Digərləri 05 Yan 2019 08:21:00 464 0

Ən populyar əməliyyat sistemi seçildi

"Microsoft" korporasiyasına məxsus "Windows 10" fərdi kompüterlər üçün dünyada ən populyar əməliyyat sistemidir.

Son.az ICTnews-a istinadən bildirir ki, "Net Applications" analitik şirkətinin məlumatına görə, "Windows 10"-un populyarlığı artaraq əvvəlki lider "Windows 7" əməliyyat sistemini üstələyib. Hazırda "Windows 10"-un fərdi kompüterlər bazarında payı 39,22 faiz, "Windows 7" sisteminin isə 36,9 faiz təşkil edir. "Microsoft" bu göstəriciyə 3 il ərzində nail olub. Bu nəticələr eyni zamanda 10 il əvvəl buraxılan "Windows 7" əməliyyat sisteminin populyarlıq səviyyəsini göstərir.

Bildirilir ki, bu gün "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə 700 milyon qurğu, o cümlədən fərdi kompüter, planşet, smartfon və "Xbox One" oyun konsolu işləyir.