Bakıda azyaşlı xilas edilib


Digərləri 05 Yan 2019 08:28:00 220 0

Bakıda azyaşlı xilas edilib

Xətai rayonunda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil veriblər.