Britaniyada supersürətli elektrotəyyarə hazırlanacaq


Digərləri 05 Yan 2019 07:41:00 294 0

Britaniyada supersürətli elektrotəyyarə hazırlanacaq

"Rolls-Royce" və digər şirkətlərin mütəxəssisləri saatda 480 kilometr sürətlə uçacaq elektrotəyyarə hazırlayacaqlar.

Son.az ICTnews-a istinadən bildirir ki, texnologiya qismən Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən "ACCEL" təşəbbüsü çərçivəsində reallaşdırılır. Mütəxəssislərin sözlərinə görə, konstruksiyada ən yüksək enerji sıxlığına malik akkumulyator batareyasından istifadə ediləcək. Akkumulyator 750 kilovatadək enerji hasil edəcək, propelleri isə "YASA" şirkətinin istehsalı olan 3 yüngül 750R elektrik mühərriki işə salacaq.