ABŞda yol qəzası baş verib:


Dünya 05 Yan 2019 07:44:00 408 0

ABŞda yol qəzası baş verib:

ABŞ-da yol qəzası baş verib.Trend-in məlumatına görə, hadisə Floridada qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, "Disney World" əyləncə parkına gedən yolda 2 yük, 1 minik avtomobili və mikroavtobus toqquşub. Qəza nəticəsində 7 nəfər ölüb. Onlardan 5-i uşaqlardır.

Hadisə zamanı həmçinin 8 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Yük avtomobillərinin toqquşması həmçinin yanğına səbəb olub. Nəticədə 3 avtomobil tamamilə yanıb.