Sosial şəbəkələrdə dəqiq olmayan məlumatlara münasibət bildirmək məqsədilə Misirdə işçi qruplar yaradılacaq


Digərləri 04 Yan 2019 23:56:00 452 0

Sosial şəbəkələrdə dəqiq olmayan məlumatlara münasibət bildirmək məqsədilə Misirdə işçi qruplar yaradılacaq

Misirli deputat, Nümayəndələr Palatasının Sosial Həmrəylik Komitəsi sədrinin müavini Məhəmməd Abu Hamed bəzən sosial şəbəkələr vasitəsilə yayılan dəqiq olmayan məlumatlara münasibət bildirmək məqsədilə ölkənin bütün nazirliklərində və dövlət idarələrində işçi qrupların yaradılması təklifi ilə çıxış edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, deputat "quruculuq və inkişaf prosesini başa çatdırmaqda misirlilərin iradəsini və əzmini qırmaq məqsədilə" son vaxtlar reallıqdan uzaq olan xeyli sayda feyk-xəbərlərin yayıldığını bildirib. M.Hamed hər bir nazirlik və qurumda buna bənzər yazıları izləyəcək və doğru məlumatı göstərərək təkziblə çıxış edəcək işçi qrupların yaradılmasının zəruriliyini vurğulayıb.