Mixael Şumaxerin 50 illiyinə həsr olunmuş sərgi açılıb


Digərləri 04 Yan 2019 23:15:00 257 0

Mixael Şumaxerin 50 illiyinə həsr olunmuş sərgi açılıb

Maranelloda, "Ferrari" muzeyində Mixael Şumaxerin 50 illiyinə həsr olunmuş sərgi açılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərgidə yeddiqat dünya çempionunun bütün "Ferrari" bolidləri, o cümlədən Mixaellə əməkdaşlıq şəraitində yaradılmış adi avtomobillər təqdim edilib.

Xatırladaq ki, Şumaxerin 50 illiyi münasibətilə virtual muzey şəklində xüsusi əlavə buraxılıb. Əlavədə Mixael Şumaxerin idarə etdiyi bolidlərin 3D-modellərinə baxmaq, onların çıxardığı səsləri dinləmək olar. Əlavəni yükləyən istifadəçilərə Şumaxerin çıxışlarının müfəssəl statistikası, rekordları və onun 2013-cü ildə yazılmış müsahibəsi təqdim olunur. Azarkeşlər Mixaelin Kölndəki sərgisinə, eləcə də uşaqlıqda Kerpendə məşq etdiyi kartinq trasına virtual səyahət etmək imkanı əldə edirlər.