Birtərəfli güclü ağrılar, ürək bulanması, qusma Miqren nədir nə ondan necə qorunmalı?


Digərləri 04 Yan 2019 21:45:00 477 0

Birtərəfli güclü ağrılar, ürək bulanması, qusma  Miqren nədir nə ondan necə qorunmalı?

Günümüzdə miqrendən (başın bir, nadir hallarda hər iki hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlik - red.), demək olar ki, hər kəs şikayətlənir.

Birtərəfli güclü ağrılar, ürək bulanması, işığa qarşı həssaslıq, qusma və s. əlamətlərlə özünü biruzə verən miqren ağrılarının yaranmasının konkret səbəbi olmadığı kimi, müalicəsi də yoxdur.

Son.az xəbər verir ki, Sputnik Azərbaycan-a danışan həkim-terapevt Məlahət Abbasova bildirib ki, miqren üz və baş bölgəsini əhatə edən xroniki xəstəlikdir. Miqrenə soyuq, isti, qoxu və s. xarici təsirlərlə yanaşı yuxusuzluq, aclıq və depressiya səbəb ola bilər. Xəstəliyin müalicəsi məqsədilə, sadəcə olaraq ağrını aradan götürmək üçün ağrıkəsicilərdən istifadə etmək olar.

Həkimin sözlərinə görə, miqren ağrılarının şiddətlənməsinə səbəb baş və beyin damarlarının genişlənməsidir: "Uşaqlıq, hətta körpəlikdə belə, miqren ağrıları müşahidə edilə bilər. Ancaq yeniyetməlik dövründə hormonlara təsir edən yaş və stress faktorlarının təsiri ilə 35-45 yaşlarında ağrı və onun gücü gündəlik həyata təsir edir. Miqren xəstələri sinirlərin həddindən artıq həssaslığı ilə dünyaya gəlir".

M.Abbasova qeyd edib ki, miqren ağrıları zamanı istifadə edilən dərmanlar uzunmüddətli istifadəyə uyğun deyil: "Ağrı zamanı işığa və səsə həssaslıq artır. Bu zaman ürək bulanma, qusma və s. əlamətlər müşahidə edilir. Xəstələrin qaranlıq otaqda yatmaq və qusmaq istəyi miqren ağrısını azaldır".

"Miqren ağrıları fərqli olur. Uzun müddət ara ilə müşahidə edilən ağrılar "epizodik ağrılar" adlanır. Ağrılar son 3 ayda 15 gün və daha çox olursa, bu, artıq xroniki miqrendir. Xroniki miqrenə depressiya, yuxusuzluq və digər problemlər səbəb ola bilər. Xroniki miqren müalicə edilmədiyi təqdirdə ciddi fəsadlara yol aça bilər" - mütəxəssis vurğulayıb.