"Dünyanın damı"nda həyat FOTO


Digərləri 04 Yan 2019 21:21:00 321 0

"Dünyanın damı"nda həyat  FOTO

Lxasa Çin Xalq Respublikasının Tibet muxtar vilayətinin paytaxtı və müqəddəs şəhəridir.

Son.az oxu.az-a istinadən bildirir ki, keçmişdə budda dininin dini lideri və Tibet hökmdarı Dalay Lama bu şəhərdə yaşayıb.

1959-cu ildə Çin idarəçiliyinə qarşı bir üsyan başladan Dalay Lama sülh əldə edilməsinin mümkün olmadığını görüb və Hindistan hökumətinin dəvəti ilə bu ölkəyə gedib.

Lxasa "yasaq şəhər" kimi tanınır, çünki bura tarixin müəyyən dönəmində yadellilərə qapalı olub. 1904-cü ilə qədər tibetlilərdən başqa heç kim bu şəhərə gedə bilməyib.

Lxasa ölkənin cənub-şərqində, Himalay dağlarının yüksəkliklərindən birinin üzərində, dəniz səviyyəsindən 3600 metr yüksəklikdə yerləşir. Hindistan sərhədinə çox yaxındır.