Azərbaycan Kolumbiyadan turist axınının artırılması məqsədilə yeni marşrut təklif edib


Digərləri 04 Yan 2019 21:09:00 237 0

Azərbaycan Kolumbiyadan turist axınının artırılması məqsədilə yeni marşrut təklif edib

Azərbaycan Kolumbiyadan turist axınının artırılması məqsədilə Boqota-İstanbul-Bakı-Tbilisi marşrutunun yaradılmasını təklif edib.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov deyib.

H.Zeynalov bildirib ki, Kolumbiyanın iri turizm şirkətləri ilə danışıqlar aparılıb və onlara Azərbaycanda qış və yay turizmi barədə ətraflı məlumat verilib:

"Kolumbiyadan Azərbaycana turist əsasən 3 böyük şəhərdən - paytaxt Boqota, Medelyin və Kartaxenadan gəlir. Bu ölkədən turist axınının təkcə Bakıya deyil, həm də Azərbaycanın regionlarına da cəlb olunması nəzərdə tutulur".