"Valideyn pirotexniki vasitə alıb uşağa verir ki, apar partlat"


Digərləri 04 Yan 2019 20:40:00 549 0

"Valideyn pirotexniki vasitə alıb uşağa verir ki, apar partlat"

Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, dekabrın 31-də stansiyaya ümumilikdə 2356 nəfər, yanvarın 1-də isə 2398 nəfər müraciət edib. Qeyd olunub ki, onlardan 5 nəfəri fişəng və pirotexniki vasitələrdən ziyan çəkənlər olub: "Onlardan 2-si yanıq, 3-ü əlin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Bundan başqa, həmin müddətdə 3 nəfər qidadan zəhərlənib. Müraciət edənlərin 647 nəfəri uşaq olub". Maraqlıdır, hər il bayramlarda baş verən bu xoşagəlməz olayların qarşısını necə almaq olar?

Son.az xəbər verir ki, vəziyyəti dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nürəliyev "Sherg.az"a söyləyib ki, partlayıcı, pirotexniki vasitələrin ölkə ərazisində mülki dövriyyəsi 2003-cü il 23 dekabr tarixindən Azərbaycan Respublikasının qanunu ilə qadağan olunub: "Onların istifadəsi yalnız xüsusi icazə əsasında mümkündür. Təəssüflər olsun ki, bəzi insanlar bu kimi vasitələrin qadağan olmasına baxmayaraq onların satışını həyata keçirir. Bundan da pisi onu alan insanların bu partlayıcıların nə qədər təhlükəli vasitə olduğunu bilməməsi, yaxud, bilə - bilə bundan istifadə etməsidir. Nəzərə alsaq ki, bu pirotexniki vasitələrdən əsasən azyaşlı uşaqlar istifadə edir, onda təhlükənin nə dərəcədə böyük olduğunu görərik.