"İkisahil.az" yeni ildə yeni dizaynda


Digərləri 04 Yan 2019 18:15:00 239 0

"İkisahil.az" yeni ildə yeni dizaynda

Sayt 2019-cu ilin ilk günlərində yeni dizayn və təkmilləşmiş məzmunda oxucuların ixtiyarına verilib.

Bakı. Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yer tutan və öz dəst-xətti ilə seçilən «İki sahil» qəzetinin «ikisahil.az» saytı 2019-cu ilin ilk günlərində yeni dizayn və təkmilləşmiş məzmunda oxucuların ixtiyarına verilib. Ayrı-ayrı sahələr üzrə görülən işlərin, əldə olunan uğurların konkret bölmələrdə yerləşdirilərək, tez və asan şəkildə oxuculara çatdırılması təkmilləşmənin, yeniləşmənin, ən əsası daim qeyd etidiyimiz kimi, yeni texnologiyaların uğuru, perspektividir. Yeni saytda diqqəti cəlb edən əsas yeniliklərdən biri də qəzetimizin təsisçisi, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına davamlı töhfələr verən, adı bu gün dünyanın nüfuzlu şirkətləri ilə eyni sırada çəkilən SOCAR-ın, eyni zamanda, onun ayrı-ayrı strukturlarının fəaliyyəti barədə dolğun məlumatların əldə olunması üçün “SOCAR” bölməsinin yaradılması, ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sənayesində yeniliklərin, nailiyyətlərin məhz bu bölmədə yerləşdirilməsidir.