Narkotikin onlayn satışı ilə məşğul olan dəstə üzvü: "Maşında narkotiki "eşən" zaman polislər məni tutdu"


Digərləri 04 Yan 2019 17:36:00 297 0

Narkotikin onlayn satışı ilə məşğul olan dəstə üzvü: "Maşında narkotiki "eşən" zaman polislər məni tutdu"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin onlayn satışı ilə məşğul olmaqda təqsirləndirilən dəstə üzvləri - Məhəmməd Əlizadə, Tural Əlizadə, Rafiq Yusubzadə və Samir Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə həmin şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər.

Həmin şəxslər narkotik maddələrin istifadəçisi olduqlarını, satışı ilə məşğul olmadıqlarını söyləyiblər.

Daha sonra təqsirləndirilən T.Əlizadə sərbəst ifadə verib. O, digər təqsirləndirilən M.Əlizadə və R.Yusifzadənın uşaqlıq dostu olduğunu deyib: "Narkotik istifadəçisi olmuşam. Lakin nə satışı, nə də hər hansı şəbəkə ilə əlaqəm olmayıb. "Avrora" şirkətində mal paylayan işləmişəm. Məhəmmədlə dost olduğumdan tez-tez görüşmüşəm, birlikdə narkotik qəbul etmişik".

T.Əlizadənin sözlərinə görə, hadisə günü M.Əlizadə zəng edib R.Yusubzadə ilə onu görüşə çağırıb: "Məhəmməd Masazırda narkotik maddə götürəcəkdi. O, malı götürdü, lakin geri qayıtmadı. Bu zaman polislər məni tutub idarəyə apardı".