Aksiz markası olmayan spirtli içkiləri ölkəyə gətirsə də, sata bilmədi (FOTO)


Digərləri 04 Yan 2019 17:15:00 231 0

Aksiz markası olmayan spirtli içkiləri ölkəyə gətirsə də, sata bilmədi (FOTO)

Gömrük əməkdaşları avtomobildə aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.

Bakı. Gömrük əməkdaşları avtomobildə aksiz markası olmayan spirtli içkilər aşkarlanıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Trend-ə bildiriblər ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Prado" markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkət edərkən Ağstafa rayonu ərazisində saxlanılıb və baxış keçirilməsi üçün "Tovuz" gömrük postunun inzibati binasının həyətinə gətirilib.