Şirkətin külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəməsi başladı


Digərləri 04 Yan 2019 15:55:00 265 0

Şirkətin külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bayram Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

B.Əliyev özünü ittihamlarda təqsirli bilib. O, qeyd edib ki, ittihamda yazılan məbləğ şişirdilib: "Zərərçəkənə 14 min 800 manat pul ödəməli idim. Onu da evində iş görüb, həll etmişəm. Rusiyadan mərmər daşları gətirmişdik, onu satıb, pulu da Əliheydər müəllimə vermişəm. Səhvim isə odur ki, pulu rəhbərliyə verəndə qəbzlər almamışam. Əliheydər müəllimə 69 min manat pul ödəmişəm. Artıq məsələ aramızda həll olunub".

Prosesdə şahid qismində dindirilən "Vedişiraz" MMC-nin rəhbəri Əliheydər Heydərli deyib ki, Rusiyadan mərmər daşlarının alınması üçün 55 min dollar pul ödəyib: "Daşlar gələndən sonra bir qismi satılmadı. Bayram onu bir neçə sexə payladı. Satıb, pulu gətirəcəkdi, lakin bunu etmədi".