Bakıda polisə hücum edildi:


Digərləri 04 Yan 2019 15:45:00 219 0

Bakıda polisə hücum edildi:

Bakıda əvvəllər məhkumluğu olan kişi polis əməkdaşına hücum edərək ona bədən xəsarətləri yetirib. 

Son.az xəbər verir ki, bu barədə "Sputnik"ə Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, yanvarın 3-ü, saat 19:15-də Zığ şossesindəki 4 saylı binanın qarşısında bir neçə kişi dava edib. Polis əməkdaşları - 34 yaşlı kapitan Fərid Mahmudov və 23 yaşlı leytenant Hüseyn Məcidzadə xuliqanlıq əməlinin qarşısını almaq üçün davaya mane olmağa çalışıblar.

Lakin davada iştirak edənlərdən biri ülgüclə Mahmudovun üzərinə cumaraq onun boynuna və əlinə xəsarət yetirib. Buna baxmayaraq, davanın bütün iştirakçıları saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Xoşbəxtlikdən polisin yarası dərin olmayıb.