Azyaşlı qızları fahişəliyə cəlb edən şəxsin həbs müddəti artırıldı


Digərləri 04 Yan 2019 14:51:00 263 0

Azyaşlı qızları fahişəliyə cəlb edən şəxsin həbs müddəti artırıldı

Nərimanov Rayon Məhkəməsində azyaşlı qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Cəlal Mehdiyevin barəsində həbs-qətimkan tədbirinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. 

C.Mehdiyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri daha iki ay müddətinə artırılıb.