Çökən yol nə vaxt bərpa edilib, istifadəyə veriləcək? VİDEO FOTO


Digərləri 04 Yan 2019 14:05:00 260 0

Çökən yol nə vaxt bərpa edilib, istifadəyə veriləcək?  VİDEO  FOTO

Bakının Nobel prospektində yolun çökməsi ilə bağlı təmir və araşdırma işləri davam etdirilir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda ərazidə "Azərsu"yun sukanal idarəsinin əməkdaşları qrunt sularının kollektora axmasının qarşısını almaq üçün işlər həyata keçirirlər. Eyni zamanda, işə özəl şirkət də cəlb olunub. Həmin şirkətin mütəxəssisləri georadar işlərini həyata keçirirlər. Mütəxəssislər yerin 28-30 metr dərinliyində qrunt sularının səviyyəsi, axıntı gücü və digər halları öyrənmək üçün tədqiqat aparırlar.

"Azərsu"yun mətbuat katibi Anar Cəbrayıllı qafqazinfo-ya bildirib ki, təxminən yanvarın 6-da Bakı Sukanal İdarəsinin işçiləri təmir işlərini başa çatdıracaqlar: "Ondan sonra georadar sistemi ilə həyata keçirilən tədqiqatların nəticələrini gözləyəcəyik. Nəticələr bəlli olduqdan sonra ona uyğun addımlar atılacaq. Buna görə də yolun həmin hissəsinin nə zaman istifadəyə veriləcəyi ilə bağlı indidən bir tarix demək mümkün deyil".

"Azərsu"yun kollektorları yolun 4-cü zolağında yerləşir, çuxur isə 3-cü zolaqda əmələ gəlmişdi. 


Xəbərə aid fotolar