Hulusi Akar: Nargin adasında saxlanılan türk əsgərlərə qardaş yardımını əsla unutmayacağıq


Digərləri 04 Yan 2019 13:08:00 197 0

Hulusi Akar: Nargin adasında saxlanılan türk əsgərlərə qardaş yardımını əsla unutmayacağıq

Hulusi Akar Sarıqamış hərəkatının 104 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 104 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən H.Akar qeyd edib: "Sarıqamış hərəkatından sonra Nargin adasında (indiki Böyük Zirə adası - red.) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımını əsla unutmadıq və unutmayacağıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi". Xatırladıq ki, yanvarın 14-də Türkiyə tarixinin önəmli səhifəsi - Sarıqamış hərəkatının 104 illiyi qeyd olunacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin