Yeni il gecəsi Bakı metrosu ilə 2 saata


Digərləri 04 Yan 2019 12:30:00 270 0

Yeni il gecəsi Bakı metrosu ilə 2 saata

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin qatarları ilə dekabrın 31-dən yanvarın 1-dək adi günlərlə müqayisədə 120 mindən çox sərnişin daşıyıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bayram günlərində əvvəlki qeyri-iş günləri ilə müqayisədə sərnişin çoxluğu müşahidə olunub: "Təkcə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 2 saat ərzində 35 min nəfərdən artıq sərnişin daşınıb. Ən çox sərnişin mərkəzə yaxın stansiyalarda, xüsusən də "Sahil"də olub".