Bayram günlərində dəmiryolu nəqliyyatı necə işləyib? - Statistika açıqlandı


Digərləri 04 Yan 2019 10:14:00 488 0

Bayram günlərində dəmiryolu nəqliyyatı necə işləyib? - Statistika açıqlandı

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamentinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili ərəfəsində, həmçinin, istirahət günlərində gücləndirilmiş iş rejimində çalışıb.

Bakı. Ceyhun Ələkbərov - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamentinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili ərəfəsində, həmçinin, istirahət günlərində gücləndirilmiş iş rejimində çalışıb. QSC-dən Trend-ə verilən məlumata görə, bayram günlərində, dekabrın 27-dən etibarən 3 yanvar da daxil olmaqla, hər gün əlavə vaqonların qoşulması təmin edilib. Belə ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 82 vaqon qoşulub.