Hindistanda zavodda partlayış 6 nəfərin həyatına son qoydu


Dünya 04 Yan 2019 07:55:00 202 0

Hindistanda zavodda partlayış 6 nəfərin həyatına son qoydu

Hindistanın paytaxtı Yeni Dehlidə ventilyator pərlərinin istehsalı zavodunda baş verən partlayış nəticəsində 6 nəfər ölüb.

Trend-in "NDTV"yə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 8 nəfər yaralanıb. Xəsarət alanların vəziyyəti ağırdır.

Qeyd olunur ki, dağıntılar altında daha 8 nəfər qala bilər.