Süd sümükləri zəiflədirmiş…


Digərləri 03 Yan 2019 21:50:00 226 0

Süd sümükləri zəiflədirmiş…

Çoxumuz əmin idik ki, süd kalsium mənbəyidir və sümüklərimizi bərkidir. Ona görə çox süd içmək xeyirlidir. Əgər günə 1-2 stəkan süd içsək qocalana kimi sümük və dişlərimiz möhkəm olacaq.

Son.az medicina.az-a istinadən bildirir ki, İsveç alimləri yeni elmi tədqiqatları ilə sübut ediblər ki, vəziyyət əksinədir, süd sümükləri zərif edir. Alimlər 39-72 yaş arası 60 min qadının məlumatlarını incələyiblər. Məlum olub ki, qidasında daha çox süd olan, günə 1-2 stəkan süd içmiş qadınlarda travmadan sümük zədələri, sınmaları daha çox olub. Hətta yaşlı vaxtı yıxılaraq, sümüyünü sındırıb ölənlər də süd içirmiş.