Kəhf səhabələri ilə Həzrət İsanın məsəli arasında rabitə


Digərləri 03 Yan 2019 21:15:00 282 0

Kəhf səhabələri ilə Həzrət İsanın məsəli arasında rabitə

Qurani-Kərim buyurur: "Həqiqətən o, (dünyaya gəlməsinin necəliyi, möcüzələri və ömrünün sonunda göydən yerə enməsi baxımından) Qiyamət elmi üçün bir nişanədir. Buna görə də ona (həmin günə) şübhə etməyin və Mənə (Mənim din və kitabıma) tabe olun ki, doğru yol budur". ("Zuxruf" 61).

Təfsirçilərin bəziləri bu ayənin Həzrət İsanın (ə) rəcəti ilə Qiyamətin arasında bir rabitənin olmasına işarə etdiyini bəyan etmişdilər.

Ona görə də bu ayəni dörd cür təfsir etmişdilər.

1. Quranda Qiyamətə aid birbaşa elm var.

2. Quranın nazil olması - Qiyamətin yaxınlaşması əlamətidir. Çünki, ondan sonra başqa səma kitabı nazil olmayacaqdır.

3. Həzrət İsanın (ə) dünyaya gəlişi - Qiyamətin nişanələrindəndir.

4. Həzrət İsanın (ə) rəcəti - Qiyamətin yaxın olmasının nişanəsidir.

Əlbəttə ki, Quran qiyamətə malik olan elmi bizə çatdırmışdır və çatdırmaqdadır. Ancaq onun nazil olması birbaşa o demək deyildir ki, Qiyamət yaxındır.

Eyni zamanda Həzrət İsanın (ə) möcüzəvi şəkildə dünyaya gəlişi Qiyamətin yaxın olması nəzəriyyəsini sübut edə bilməz. Əgər bu nəzəriyyə doğrudursa, onda bütün insanların dünyaya gəlişi Qiyamətin yaxın olmasını göstərər. Çünki insanların xilqəti məhz İlahi qüdrət əsasında baş verir, öz-özünə deyil.

Quranın bu ayələri dediklərimizi təsdiq edə bilər: "Ey insanlar! Əgər (ölümdən sonra) dirilməyə şübhə edirsinizsə, onda (öz yaradılışınıza diqqət yetirin. Görmürsünüzmü ki,) Biz sizi (ulu baba və nənənizi möcüzəvi şəkildə birbaşa) torpaqdan, sonra (onların sonrakı nəsillərini isə vasitə ilə, torpağın tərkibində olan maddələri cəzb edib bədənə ötürməklə) nütfədən, sonra ələqədən (nütfənin dönüb olduğu laxta qandan) daha sonra bəzisinin yaradılışı kamil, bəzisininki isə qeyri-kamil olan muzğədən (ələqənin dönüb olduğu ət parçasından) yaratdıq ki, sizə (bu tədrici yaradılışda qüdrət və hikmətimizin son həddini) aydınlaşdıraq.