Azərbaycan Səudiyyə Ərəbistanına süd tədarükünə başlaya bilər


Digərləri 03 Yan 2019 20:40:00 307 0

Azərbaycan Səudiyyə Ərəbistanına süd tədarükünə başlaya bilər

Azərbaycan Səudiyyə Ərəbistanına süd tədarükünə başlaya bilər.

Son.az xəbər verir ki, bunu Trend-ə Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov deyib.

Onun sözlərinə görə, iki Azərbaycan şirkəti süd məhsulları ixrac edir - "Atena" şirkəti Yaxın Şərq ölkələrinə, "MPro" isə Rusiyaya.

S.Eyyubov qeyd edib ki, Assosiasiya qarşısında dayanan əsas məsələ daxili bazarın süd və süd məhsulları ilə təmin olunması, eləcə də bu məhsul üçün yeni standartların tətbiq olunmasıdır.