Luvr Muzeyini ziyarət edən şəxslərin sayında rekord qeydə alınıb


Dünya 03 Yan 2019 20:24:00 227 0

Luvr Muzeyini ziyarət edən şəxslərin sayında rekord qeydə alınıb

Ötən il Luvr Muzeyini ziyarət edən şəxslərin sayı 10 milyonu ötüb. Bu da muzey tarixində rekort göstərici sayılır. 

Son.az report-a istinadən xəbər verir ki, bunu muzeyin direktoru Jan-Luc Martinez bildirib. 

Onun sözlərinə görə, muzeyin tarixində ilk dəfə olaraq belə bir rəqəm qeydə alınıb: "2018-ci ildə Luvru 10 milyondan çox adamın ziyarət etdiyini düşünürəm".

Direktor bildirib ki, Fransa paytaxtında baş verən terror hücumlarından sonra müşahidə edilən azalmanın ardından Parisdə beynəlxalq turizmin bərpası layihəsi sayəsində 2018-ci ildə rekord ziyarətçi sayı qeydə alınıb.