Aylin üçün yığılan pullar oğurlandı FOTO


Digərləri 03 Yan 2019 17:55:00 321 0

Aylin üçün yığılan pullar oğurlandı  FOTO

Bir müddətdir leykoz xəstəliyindən əziyyət çəkən 3 yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pulların dələduz tərəfindən oğurlandığı iddia olunur.

Son.az xəbər verir ki, A.Dadaşovanın dayısı Rahil Cəfərov qafqazinfo-ya açıqlamasında bildirib ki, tanımadığı bir şəxs ona +79852706090 nömrəsindən zəng edərək Aylinin müalicəsi üçün lazım olan 50 min manatı ödəmək istədiyini bildirib: "Mən də ona kartın şəkillərini çəkib göndərdim. Bu gün səhər kartı yoxlamağa gedəndə gördüm ki, cəmi 135 manat pul qalıb. "Bank of Baku"ya müraciət etdim, məlum oldu ki, internet üzərindən oyuna pul qoyulub. Ümumilikdə təxminən 4000-4500 manat çıxarılıb. Bankdan arayış verilib, indi onu götürüb şikayət üçün polis bölməsinə gedirəm".

Həmin şəxs özünü Moskvada yaşayan azərbaycanlı hacı kimi təqdim edib və Aylin üçün ödəniş etməyi özünün 8 yaşlı qızının ondan xahiş etdiyini deyib.


Xəbərə aid fotolar