Yeni avtomobil yoluna ad verilib


Digərləri 03 Yan 2019 16:10:00 284 0

Yeni avtomobil yoluna ad verilib

Bakının Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yoluna ad verilib.

Son.az report-a istinadən xəbər verir ki, həmin yol "Böyükşor" adlandırılıb.

Küçəyə də eyni ad verilib.

Küçənin adını göstərən lövhələrin quraşdırılması işlərini Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.